Rusiya Yaponiya hökumətinin NATO ilə yaxınlaşma istiqamətində atdığı addımlara hərbi-texniki tədbirlərlə cavab verməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
“Biz praktiki işlərimizdə bütün bəyanatları nəzərə alacağıq və bir sıra kompleks tədbirlər görəcəyik”, - nazir müavini vurğulayıb.