10 İyul 10:00
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ukraynada dayanmaq istəmir, amma Ukrayna Putini dayandıracaq. Xüsusilə bizim kollektiv dəstəyimizlə...

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Bu gün Ukraynanın hava hücumundan müdafiəsi üçün tarixi dəstəyi bəyan etmək istəyirəm. ABŞ, Almaniya, Niderland, Rumıniya və İtaliya Ukraynaya əlavə 5 strateji hava hücumundan müdafiə sistemi üçün avadanlıq verəcək. Yaxın aylarda ABŞ və tərəfdaşları Ukraynaya onlarla əlavə taktiki hava hücumundan müdafiə sistemi tədarük edəcəklər”, - Amerika lideri bildirib.

Putinin müharibəsi səbəbiylə ölümlərin artdığına diqqət çəkən Bayden 350 mindən çox rus hərbçisinin öldüyünü, 1 milyonunun isə yaralandığını söyləyib.

ABŞ prezidenti bir çox gəncin özlərinə gələcək görə bilmədiyi üçün Rusiyanı tərk etdiyini da qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər