Təbii ehtiyatlar dünyanın hər yerində var. Günəş, külək, su elektrik enerjiləri, yeraltı və yerüstü sərvətlər və s... Amma bu ehtiyatlar ölkələr üzrə heç də bərabər paylanmayıb. Bəzisivə çox, bəzisinə az düşüb.
Teleqraf.com xəbər verir ki, "İnvestopedia" saytı dünyada 2021-ci ilə qədər ən qiymətli təbii ehtiyatlara malik 10 ölkəni müəyyənləşdirib.
1. Rusiya
Rusiyanın təbii ehtiyatları 75 trilyon dollar dəyərindədir. Bu məbləğ kömür, neft, təbii qaz, qızıl, ağac və nadir torpaq metallarına əsasən müəyyən olunub. Rusiyanın Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyi 2018-ci ilin sonunda ölkənin mineral ehtiyatlarının ümumi dəyərini 1,44 trilyon dollara bərabər qiymətləndirib.
Rusiya 1,32 kvadrilyon kub futla dünyanın ən böyük təsdiqlənmiş təbii qaz ehtiyatlarına sahibdir və bu, 2020-ci il üzrə qlobal ümumi həcmin təxminən 20%-ni təşkil edir. Rusiya həmçinin 6,800 tonla ikinci ən böyük qızıl ehtiyatına malikdir. .
Rusiya 2020-ci ildə qlobal tədarükün 12%-i ilə dünyanın üçüncü ən böyük xam neft istehsalçısı olub. Rusiyanın neft ehtiyatları təqribən 107,8 milyard barellə dünyanın altıncı ən böyük neft ehtiyatları siyahısındadır.
Bundan əlavə sənaye almazlarında dünya istehsalının 37%-i və əmtəə ehtiyatlarının 46%-i bu ölkənin payına düşür.
2. Amerika Birləşmiş Ştatları
ABŞ-da təbii ehtiyatların təxmini dəyəri 45 trilyon dollardır. Bunun da 90%-ni ağac və kömür təşkil edir. ABŞ 2020-ci ilə qədər dünyada ən böyük kömür ehtiyatlarına malik olub.
Digər ehtiyatlara mis, qızıl, neft və təbii qaz yataqları daxildir. Siyahıya həmçinin qurğuşun, molibden, fosfatlar, nadir torpaq elementləri, uran, boksit, dəmir, civə, nikel, kalium, gümüş, volfram, sink, neft, təbii qaz, ağac və əkin sahələri daxildir.
3. Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanının 34,4 trilyon dollar dəyərində təbii sərvətləri var. Bu ölkə 1938-ci ildən bəri dünyanın aparıcı neft ixracatçısı olub.
2020-ci ilə qədər dünya ehtiyatlarının 15%-ni təşkil edən ölkə iqtisadiyyatı böyük dərəcədə neft ixracından asılıdır. Səudiyyə Ərəbistanının digər təbii ehtiyatlarına mis, feldispat, fosfat, gümüş, kükürd, volfram və sink daxildir.
4. Kanada
Kanadanın təqribən 33,2 trilyon dollar dəyərində təbii sərvətləri var. O, Venesuela və Səudiyyə Ərəbistanından sonra üçüncü ən böyük neft yataqlarına malikdir. Ölkənin sahib olduğu mallara gips, əhəng daşı, daş duzu və kalium kimi sənaye mineralları, həmçinin kömür və uran kimi enerji mineralları daxildir.
Kanadadakı metallara mis, qurğuşun, nikel və sink, qızıl və gümüş kimi qiymətli metallar daxildir. Həmçinin Kanada təbii qazın aparıcı istehsalçısıdır.
5. İran
İranın təbii ehtiyatları təqribən 27,3 trilyon dollar dəyərindədir. 2021-ci ildə bu ölkə Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) beşinci ən böyük xam neft istehsalçısı və dünyanın ikinci ən böyük təbii qaz istehsalçısı sayılıb. Ölkənin digər təbii sərvətlərinə kömür, xrom, mis, dəmir filizi, qurğuşun, manqan, sink və kükürd daxildir. Əkin sahələri, püstə, zəfəran və meyvələr də İranın iqtisadiyyatına təsir edir.
6. Çin
Çinin 23 trilyon dollar dəyərində təbii ehtiyatları var. Çinin resurslarının 90 faizini kömür və nadir torpaq metalları təşkil edir. Taxta, əkinə yararlı torpaqlar da ölkədə tapılan digər əsas təbii sərvətdir.
Həmçinin, Çin təbii su ehtiyatına görə dünyanın ən böyük hidroenergetika potensialına malikdir. Çinin malik olduğu digər ehtiyatlara neft və təbii qaz, qızıl, alüminium və minerallar kimi böyük miqdarda metallar daxildir.
7. Braziliya
Braziliyanın təbii ehtiyatları 21,8 trilyon dollardır. Buna qızıl, dəmir, neft və uran daxildir. 2021-ci ildə Braziliya dünyanın doqquzuncu ən böyük neft istehsalçısı olub. 2018-ci ilin hesablamalarına görə, onun ərazisinin 61,9%-i meşəlik, 23,5%-i isə daimi otlaqlardan ibarətdir.
Onun mədən sənayesi boksit, platin, mis, qızıl, dəmir və qalaya diqqət yetirir. Braziliya su elektrik enerjisi istehsalı üzrə böyük quraşdırılmış gücə malikdir.
8. Avstraliya
Avstraliyanın kömür, ağac, mis, dəmir filizi, qızıl və uran daxil olmaqla təqribən 19,9 trilyon dollarlıq təbii sərvətləri var. Avstraliya böyük neft və maye təbii qaz istehsalçısı kimi tanınır. 2021-ci ilin sonunda onun sübut edilmiş neft ehtiyatları 2,4 milyard barel olub.
Ölkə həm də qlobal kömür ixracının 29%-i ilə ən böyük xalis kömür ixracatçısıdır. Onun digər təbii ehtiyatlarına alüminium oksidi, dəmir filizi, mis, qalay, qızıl, gümüş, uran, nikel, volfram, nadir torpaq elementləri, mineral qumlar, qurğuşun, sink və almaz daxildir.
9. İraq
İraq 15,9 trilyon dollarlıq təbii ehtiyatlara malikdir. Onun səhra relyefində neft, təbii qaz, fosfatlar və kükürd var. İraq OPEK-də ikinci ən böyük xam neft istehsalçısıdır. O, sübut edilmiş xam neft ehtiyatlarına görə dünyanın altıncı ən böyük sahibidir və gəlirlərinin böyük bir hissəsini xam neftin ixracından asılıdır.
10. Venesuela
Bu ölkəsinin təbii ehtiyatları 14,3 trilyon dollardır. Bunlara dəmir, təbii qaz və neft daxildir. ABŞ sanksiyaları nəticəsində faktiki hasilat azalsa da, 2023-cü ildə o, dünyada ən böyük sübut edilmiş neft ehtiyatlarına malik idi. Venesuela həmçinin əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir. Digər təbii ehtiyatlara dəmir filizi, qızıl, boksit, hidroenergetika və almaz daxildir.