ABŞ-nin 35-ci prezidenti və bu ilin noyabrında keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp Ağ Evə qayıdandan sonra Rusiya ilə bağlı siyasətini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Tramp "Bloomberg"ə müsahibəsində "Rusiyaya qarşı sanksiyaları yumşaltmaq və ya ləğv etmək" barədə düşünüb-düşünmədiyi sualına belə cavab verib:
"Bəli. Sanksiyalarla biz yalnız hamını özümüzdən uzaqlaşdırırıq. Ona görə də sanksiyaları sevmirəm".