20 İyul 16:20
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ illərdir davam edən fasilədən sonra nüvə sınaqlarını bərpa edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert yenidən ABŞ prezidenti olmaq istəyən Donald Trampın gələcək planlarına diqqət çəkib:

"Trampın Ağ Evə qayıdışına hazırlıq başlayıb. Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Robert Obrayen bildirib ki, şefi prezident seçiləndən sonra nüvə sınaqlarına start veriləcək. O, bunu ABŞ-nin Rusiya və Çinlə mübarizəsiylə əlaqələndirib. Onun fikrincə, Rusiya və Çin nüvə arsenallarını modernləşdirdikləri üçün ABŞ bu prosesdə geri qala bilməz.

ABŞ 1992-ci ildən bu yana nüvə sınağı keçirməyib. Belə çıxır ki, Tramp prezident seçilən kimi bu fasiləyə son qoyulacaq. Obrayen bilgisayarlarda nüvə sınaqlarına son qoyulması və əsl sınaqların vaxtının çatdığını vurğulayıb. Keçmiş köməkçisi Trampın nüvə sınaqlarına gərəkən maliyyəni ayıracağını da söyləyib.

Bundan başqa, “Bloomberg” agentliyinin xəbərinə görə, Tramp Çin mallarına əlavə gömrük rüsumlarının tətbiqinə də hazırlaşır. ABŞ-nin hazırkı Prezidenti Co Bayden Çin istehsalı olan elektrik avtomobillərinə gömrük rüsumlarını qaldırıb. Tramp prezident seçilərsə, rüsumları daha da artıracaq. Tramp administrasiyasının Tayvana da dəstəyi artıracağı barədə xəbərlər yayılıb.

Tramp Ağ Evə qayıdacağı halda NATO-dakı müttəfiqlərindən də ənənəvi tələbi olacaq: müdafiə xərclərini artırın".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər