26 İyul 00:52
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova vətəndaşlarının yarıdan çoxu respublikanın Şimali Atlantika Alyansına qoşulmasına və Rumıniya ilə birləşməsinə qarşı çıxıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Moldovanın Marketinq və Sosioloji Sorğular İnstitutu (IMAS) sorğu keçirib.

Sorğuda ölkənin NATO, Avropa İttifaqına qoşulması və Rumıniya ilə birləşməsi ilə bağlı vətəndaşların mövqeləri öyrənilib.

Respondentlərin 26 faizi Şimali Atlantika Alyansına qoşulmağa "hə" deyib, 58 faiz "yox", 3 faiz isə "maraqlı deyil" cavabını verib.

Moldovanın Rumıniya ilə birləşməsi ilə bağlı referendum keçiriləcəyi təqdirdə respondentlərin 36 faizi belə seçimlə razılaşacaq, 53 faizi isə əleyhinə səs verəcəyini deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər