26 İyul 18:57
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə müvafiq razılaşma bir müddət münaqişənin dondurulmasına gətirib çıxara bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Rusiya bu zaman çərçivəsində səhvlər üzərində işləyəcək və ordusunu modernləşdirəcək. Putinlə danışığa getmək şeytanla razılaşma deməkdir. Sülh sazişinin imzalanması münaqişənin tam dayandırılması demək deyil. Rusiya öz hərəkətlərinə görə hüquqi məsuliyyət daşımalıdır. Düşünürəm ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gəlsə, Ukrayna prezidenti Vladimir Zelenskini sülhə məcbur edə bilər. Bu baxımdan 2025-ci il Kiyev üçün çox çətin olacaq", - Podolyak bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər