26 İyul 18:12
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya polisi Barselona limanında düyü kisələrində gizlədilən 4 ton kokain müsadirə edib.

Teleqraf.com xəbər verir ki, Mülki Qvardiya İspaniya, Paraqvay və Böyük Britaniyada fəaliyyət göstərən beynəlxalq cinayətkar qrupun fəaliyyətini dayandırıb.

Krallığın hüquq-mühafizə orqanları 2023-cü ildə Paraqvaydan paytaxta konteynerlər düyü daşıyan ispan şirkəti ilə bağlı araşdırmaya başlayıb. Yoxlamaların birində rekord sayda narkotik partiyası aşkar edilib.

Açıqlamada bildirilir ki, qaçaqmalçılar kokaini Avropaya göndərməzdən əvvəl plastik torbalara yerləşdirərək əllə tikilmiş düyü torbalarında gizlədiblər. Əməliyyat zamanı 8-i İspaniya, daha 2-si Paraqvay olmaqla qruplaşmanın 10 üzvü saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər