Rusiya gəmisi Finlandiyanın ərazi sularını pozmaqda şübhəli bilinir.
Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, bu gün günorta saatlarında Finlandiya körfəzinin şərqində Finlandiyanın dəniz ərazisi sərhədləri Rusiya gəmisi tərəfindən pozulub.
Nazirlik xatırladıb ki, iyunun 10-da Rusiyanın dörd təyyarəsi Loviisa və Porvoo sahilləri yaxınlığında Finlandiyanın hava məkanını pozub.