26 İyul 20:49
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aş Evin sabiq rəhbəri Barak Obama və xanımı Mişel Obama Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə onlar "X" hesablarından elan ediblər.

"Barakla mən onun pozitivliyi, yumor hissi, ölkə daxilində insanlara işıq və ümid gətirmək bacarığına görə demokrat namizəd kimi dəstəkləməkdən çox həyəcanlıyıq. Kamala sizin arxanızdayıq!" - deyə Mişel Obama paylaşımında qeyd edib.

"Ölkəmiz üçün bu kritik anda onun (Harrisin) noyabrda qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik", - deyə B.Obama öz paylaşımında bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər