28 İyul 22:27
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken bazar günü deyib ki, Livanın Hizbullah hərəkatı İsrailin işğalı altında olan Colan təpələrinə raket hücumu nəticəsində 12 uşaq və yeniyetmənin ölümünə görə məsuliyyət daşıyır.

Teleqraf.com xəbər verir ki, Blinken Yaponiyada jurnalistlərə deyib: "Hər şey raketin həqiqətən də Hizbullah tərəfindən atıldığını göstərir. Biz İsrailin öz vətəndaşlarını terror hücumlarından qorumaq hüququnu müdafiə edirik".

“Biz Qəzzada münaqişəyə son qoymaqda qərarlıyıq. Münaqişə çoxdandır davam edir. Həddindən artıq çox can aldı. Biz israilliləri, fələstinliləri, livanlıların münaqişə və zorakılıq təhlükəsi olmadan yaşadığını görmək istəyirik”, Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ İsrail hökuməti ilə danışıqlar aparır.

“Yenə də İsrailin öz vətəndaşlarını müdafiə etmək hüququnu və onların bunu edə bilmələrini təmin etmək əzmimizi vurğulayıram. Amma biz münaqişənin genişlənməsini də istəmirik. Biz bunun yayılmasını istəmirik. Bu, ilk gündən, yəni oktyabrın 7-dən bizim məqsədlərimizdən biri olub və bundan sonra da edəcəyik. Amma yenə də buna daimi əsasda nail olmağın ən yaxşı yolu Qəzzada atəşkəsə nail olmaqdır”, - ABŞ dövlət katibi əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər