28 İyul 23:59
13 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün ölkəsinin Rizə bölgəsinə etdiyi səfər zamanı çıxışında maraqlı bəyanat səsləndirib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan Türkiyənin müdafiə sənayesində gəldiyi nöqtəyə diqqət çəkib və güclü olmağın zəruruliyini qeyd edib. Onun fikrincə, "çox güclü olsaydı İsrailin Fələstinə etdiklərini edə bilməyəcək"di.

"Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edəcəyik. Edilməyəcək bir şey yoxdur. Yalnız biz güclü olmalıyıq ki, bu addımları ata bilək. Əgər biz bu gün İsrailə qarşı ən sərt bəyanatı veririksə, onlarla bütün ticarətimizi kəsmişiksə, əlaqələrimizi kəsmişiksə... "

Ərdoğan bir daha Fələstin lideri Mahmud Abbası Türkiyəyə dəvət etdiklərini, lakin onun müsbət cavab verə bilmədiyini qeyd edib: "Növbəti prosesi buna uyğun aparacağıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər