Almaniyanın xarici işlər naziri Annalena Barbok miqrantlara yarı-qanuni vizaların verilməsi ilə bağlı qalmaqala görə istefaya getməlidir.
Teleqraf.com xəbər verir ki, bu təkliflə sağçı “Almaniya üçün Alternativ” partiyasının həmsədri Elis Vaydel çıxış edib.
Vaydel Barbokun Almaniyanın mövcud qanunvericiliyinə zidd olaraq minlərlə sənədsiz miqrantın ölkəyə ayaq açmasına səbəb olan addımlar atdığını deyib.
AfD lideri vurğulayıb ki, prokurorluq bu işi araşdırdığı müddətdə Barbok vəzifəsini tərk etməlidir.
Daha öncə bildirilmişdi ki, Almaniya Federal Polisi Berlin və Kottbus prokurorluqları ilə birlikdə miqrantlara viza verilməsi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşlarına qarşı araşdırma aparır. Ehtimal olunur ki, Xarici İşlər Nazirliyi səfirlik və konsulluqlara sənədləri natamam və ya açıq-aşkar saxtalaşdırılan əcnəbilərin Almaniyaya buraxılması ilə bağlı göstəriş verib. Onların əksəriyyəti sonradan Almaniyadan sığınacaq istəyib