3 Avqust 21:01
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyaya məxsus sualtı qayığa və S-400 zenit-raket kompleksinə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, avqustun 2-də Ukrayna Silahlı Qüvvələrinin raket qoşunlarının bölmələri Hərbi Dəniz Qüvvələrinin bölmələri ilə əməkdaşlıq edərək “Triumf” hava hücumundan müdafiə sisteminin 4 buraxılış qurğusuna zərər vurub.

Bundan əlavə, ukraynalı əsgərlərin Sevastopol limanına hücumu nəticəsində Rusiyanın Qara dəniz donanmasının “Rostov-na-Don” sualtı qayığı vurulub.

B-237 “Rostov-na-Don” sualtı qayığı kalibrli raketləri vura bilən dörd “Kilo” sinif sualtı qayıqdan biridir. “Rostov-na-Don” 2014-cü il dekabrın 26-da istifadəyə verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər