4 Avqust 16:52
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS lideri İsmayıl Haniyənin İranda öldürülməsi ətrafında yaranan gərginlik İsraillə müharibəyə səbəb olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert hesab edir ki, belə bir durumun nəticəsi İran üçün öldürücü olardı:

"İranla İsrail arasında müharibə gözlənilən deyil. İran hakimiyyəti və hakimiyyətə nəzarət edən İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsraillə müharibədə maraqlı deyil. Çünki İran İsrailə birbaşa açıq müharibə elan edərsə, Qərbi qarşısına alacaq. ABŞ başda olmaqla böyük bir hərbi koalisiya ilə müharibəyə girmək Tehrandakı rejimin üçün intihar olardı.

İsrailə müəyyən cavab addımları olacaq. Amma bu da əvvəllər olduğu kimi, qabaqcadan xəbərdar edilməklə və ya hansısa formada razılaşdırılmaqla həyata keçiriləcək. İran aprel ayında İsrailə kütləvi raket və PUA hücumundan əvvəl də xəbərdar etmişdi. Başqa sözlə, İsraillə açıq müharibə İranın imkanları xaricindədir".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər