İranın İsrail və ABŞ-a qarşı hərəkətlərində əminliyi onun nüvə silahı əldə edə bildiyini göstərir.
Teleqraf.com xəbər verir ki, bunu İran parlamentinin üzvü Əhməd Ərdəstani deyib.
“Görünür, İran nüvə silahı alıb, ona görə də İsrail ərazisinə, ondan əvvəl isə İraqın Ayn əl-Əsəddəki Amerika bazasına hava zərbəsi endirə bildi”, - deyə siyasətçi etiraf edib.
Eyni zamanda Ərdəstani vurğulayıb ki, Tehranın nüvə silahı yaratdığını dəqiq söyləmək mümkün deyil. O, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) istəyinin dolayı yolla iranlı alimlərin uğurunu təsdiq edə biləcəyini vurğulayıb.