7 Avqust 10:47
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzgüçülük üzrə üçqat olimpiya çempionu Adam Piti Paris Olimpiya Oyunlarında idmançılara verilən yeməklərdə qurd tapıldığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Birtaniyalı üzgüçü bildirib ki, Parisdə keçirilən Olimpiya Oyunlarında qidaların keyfiyyəti idmançılardan gözlənilən çıxışların səviyyəsinə uyğun deyil.

"Tokioda keçirilən Olimpiada zamanı qida inanılmaz idi, Rio-de-Janeyroda da həmçinin. Lakin bu dəfə yetərincə zülal seçimləri olmadı, uzun növbələrdə gözləməli oluruq. Mən ət yemək istəyirəm, çıxış etmək üçün mənə ət lazımdır, mən balıq xoşlayıram, lakin insanlar onun içərisindən qurd tapırlar", - deyə idmançı şikayətlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər