8 Avqust 10:29
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətində gedən döyüşləri şərh edərkən bunu “Kiyev rejiminin təxribatı” adlandırıb.

Teleqraf.com xəbər verir ki, ukraynalı hərbi ekspert Oleq Jdanov Rusiya liderinin bu reaksiyasına diqqət çəkib.

Ekspert qeyd edib ki, Rusiya mətbuatının Kurskda baş verənlərlə bağlı xəbərləri doğrudursa, o zaman Kreml rəhbərinin reaksiyasına diqqət yetirməyə dəyər.

“Putin artıq nüvə silahı ilə təhdidlərə əl atmır, BMT-yə müraciət edir. Əgər o, Ukraynaya yardımı dayandırmağa çağırırsa və Kiyevi kütləvi raket hücumu ilə hədələyirsə, demək, Putinin vəziyyəti pisdir. O, artıq nüvə müharibəsindən danışan Putin deyil”, - Jdanov bildirib.

Ekspert hesab edir ki, Kreml sahibinin bu təpkisi Qərb üçün yeni deyil: “Əksinə, müttəfiqlər Putinin təhdidlərini nəzərə alaraq, Ukraynanı qorumaq üçün hava hücumundan müdafiə sisteminin gücləndirilməsini elan edə bilərlər”.

Avqustun 6-da Kursk vilayətində Ukrayna-Rusiya sərhədi yarılıb. Ertəsi gün Rusiya mətbuatı Ukrayna Silahlı Qüvvələrinin Suja qazölçmə stansiyası və 10-dan çox kəndi ələ keçirməsi barədə məlumat yayıb. Ukrayna komandanlığı Rusiya ərazisində baş verən hadisələri şərh etməyib. Rusiya Müdafiə Nazirliyi isə ölkə ərazisinə daxil olan Ukrayna qüvvələrinin məhv edildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər