Şimali Koreya lideri Kim Çen İn sevmədiyi nənəsinin malikanəsini sökdürüb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, malikanənin sökülməsinə səbəb bu iqamətgahın saxlanmasına həddindən artıq pul xərclənməsidir.
Kim Çen İn buldozerlə nənəsinin evinin sökülməsinə göstəriş verib. Kim Çen İnin nənəsi Kim Sonqe KXDR-in hazırkı hökmdarının atası Kim Çen İrin qərarı ilə ev dustaqlığında olub.