9 Avqust 01:43
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Kursk vilayətinə hücumun günahkarını müəyyən etmək üçün yeni məlumatlar axtarır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Antonio Quterreşin ofisi məlumat yayıb.

“Biz bu zorakılığın arxasında məhz kimin dayandığı barədə daha çox məlumat almaq istərdik” - BMT baş katibinin sözçünün müavini Farhan Haq deyib.

Quterreşin ofisi də Rusiya regionuna hücumla bağlı “həqiqi narahatlığını” ifadə edib və hər iki tərəfi “məsuliyyətli davranmağa və mülki şəxslərin müdafiəsini təmin etməyə” çağırıb.


Müəllif: Arzu

Oxşar xəbərlər