12 Avqust 21:37
1 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni vitse-prezident təyin edilmiş Məhəmməd Cavad Zəfir İran Prezidenti Məsud Pezeşkiyanla arasındakı fikir ayrılığına görə istefa verib.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

Onun fikrincə, Zərifin istefası ümumi şəkildə təqdim olunsa da, islahatçı düşərgədə Pezeşkianla bağlı narazılıq var.

“Zərif hökumətin formalaşdırılması ilə məşğul olan məşvərətçi orqanın işini koordinasiya edirdi. Pezeşkian seçiləndən dərhal sonra həmin quruma rəhbərlik Zərifə verilmişdi. O, təsdiq olunan və avqustun 11-də parlamentə təqdim edilən yeni nazirlər kabinetinin formalaşmasına cavabdeh olmalı idi. Siyahıya 19 nəfər daxildir ki, onların da hamısı mühafizəkar qanadın nümayəndəsidir. Zərif xüsusilə müdafiə və xarici işlər nazirlərinə namizədlərin seçilməsindən narazı qalıb. Belə çıxır ki, o, hökumətin qurulmasında iştirak etməliydi, amma buna icazə verilməyib”, - Tarasov bildirib.

Ekspertin fikrincə, hazırda Tehranda kəskin siyasi intriqa hökm sürür:

“Səbəblərdən biri odur ki, Zərif xüsusilə İranın xarici siyasəti məsələsində islahatçı istiqamətin nümayəndəsi kimi qəbul edilir. O, İranın Avropa və ABŞ ilə mümkün qədər sıx münasibətlərinin tərəfdarıdır. Unutmaq olmaz ki, Zərif 2015-ci ildə nüvə müqaviləsinin imzalanmasında İran tərəfinin ən ciddi iştirakçılarından biri olub.

O da diqqət çəkir ki, Zərif HƏMAS liderinin Tehranda öldürülməsinə cavab olaraq İsraili vurub-vurmamaq barədə qərarın verilməli olduğu anda gedir. Ola bilsin, Zərif İsrailə qarşı daha yumşaq münasibətin tərəfdarı idi, bu da onun yüksək dövlət vəzifəsindən getməsinə səbəb olub”.

Tarasova görə, Zərifin istefası İran elitaları arasında mübarizənin güclənməsindən xəbər verir və bu, xarici oyunçular üçün stimuldur: “Çünki bu, Tehranda kifayət qədər kəskinləşmiş problemlərin olduğunu göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər