Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında avqustun 15-də Qətər və ya Misirdə keçirilməsi planlaşdırılan atəşkəslə bağlı məsləhətləşmələrdə iştirak etməyəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi deyib.
Onun sözlərinə görə, hərəkat bütövlükdə atəşkəslə bağlı danışıqların əleyhinə olmasa da, İsrail hökumətinin başçısı Benyamin Netanyahu atəşkəs razılaşmasında maraqlı olmadığı aydındır.
Hadi qeyd edib ki, HƏMAS hərəkatın keçən ay təqdim etdiyi atəşkəs təklifinə İsrail ciddi sadiqlik nümayiş etdirərsə, danışıqlara qayıdacaq.
Qeyd edək ki, bu gün İran da Qəzza zolağında keçiriləcək sülh danışıqlarına müşahidəçi göndərməyəcəyini bildirib.