15 Avqust 08:20
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Seçki Məhkəməsi Klaudiya Şeynbaum Pardonun iyunun 2-də keçirilən prezident seçkilərində qələbəsini yekdilliklə təsdiqləyib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, iclas məhkəmənin "X" sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

"Tarix yaratmağa davam edək" koalisiyasının irəli sürdüyü namizəd Klaudiya Şeynbaum Pardo prezident seçkilərində səslərin əksəriyyətini qazanıb", - Seçki Məhkəməsinin rəhbəri Monika Soto Freqoso məhkəmə instansiyası Ali Palatasının altı üzvünün səsverməsindən sonra deyib.

Seçkilərin nəticələrinin təsdiq edilməsi barədə qərar yekdilliklə qəbul olunub.

"Prezident seçkiləri etibarlı sayılır, Konstitusiya və hüquqi prinsiplərə uyğundur. Vətəndaş Klaudiya Şeynbaum Pardo Meksika Konstitusiyasının 82 və 83-cü maddələrində müəyyən edilmiş ixtisas tələblərinə cavab verir", - Soto Freqoso deyib.

"Kaudiya Şeynbaum Pardo 1 oktyabr 2024-cü ildən 30 sentyabr 2030-cu ilədək Meksika Birləşmiş Ştatlarının seçilmiş ilk qadın prezidenti elan edildi", - o qeyd edib. Soto Freqoso həmçinin bildirib ki, cümə axşamı Şeynbaumun təntənəli qəbulu zamanı Meksikanın seçilmiş prezidentinin vəsiqəsi ona təqdim olunacaq.

Meksika Milli Seçki İnstitutunun saytında dərc olunan son məlumatlara görə, iyunun 2-də keçirilən prezident seçkilərində seçicilərin 59,7 %-i Şeynbauma səs verib. Onun ən yaxın təqibçisi Soçitl Qalvez müxalifətdən 27,4 %, üçüncü yeri tutan Jorge Alvarez Maynes isə 10,3 % səs toplayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər