ABŞ-də prezidentliyə namizəd Donald Trampın vəkilləri onun cinayət işinə baxan hakimdən sentyabrın 18-nə təyin edilmiş iclasın seçkilərdən sonraya saxlanılmasını xahiş ediblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, vəkillər bu qərarın təxirə salınmamasını prokurorların seçki prosesinə müdaxiləsi kimi qiymətləndirirlər.
Qeyd edək ki, daha öncə Trampın həbsi iyulun 11-nə nəzərdə tutulmuşdu. İşə baxan hakim Xuan Merçan ABŞ Ali Məhkəməsinin prezidentin toxunulmazlığına dair qərarından sonra Trampın müraciəti əsasında hökmü sentyabrın 16-na təxirə salıb.