17 Avqust 12:30
1 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir həftəlik taktiki parlaqlıqdan sonra Ukrayna nəhayət ki, bu müharibəyə son qoya bilər”.

Teleqraf.com xəbər verir ki, İngiltərənin sabiq baş naziri Boris Conson belə deyib.

Onun sözlərinə görə, Ukrayna ordusunun Kurska daxil olması Rusiya lideri Vladimir Putini qəzəbləndirib.

“Putin təsəvvür edə bilməzdi ki, Ukrayna tankları Rusiya ərazisinə daxil olaraq bir həftə ərzində rusların bir ildə əldə etdiyindən daha çox ərazi ələ keçirəcək”, - Conson vurğulayıb.

Sabiq baş nazirin fikrincə, Kurska hücum Qərbin Ukraynanın cəsarətini və qətiyyətini yaxşı qiymətləndirmədiyini göstərir. O, əmindir ki, müttəfiqlər Rusiyanın hava hücumlarını dayandırmaq üçün Ukraynaya ABŞ-nin ATACMS və Britaniyanın “Storm Shadow” raketləri kimi uzaqmənzilli Qərb silahlarından istifadəyə icazə verməlidir.

Boris Conson Qərbi Putindən qorxmamağa çağırıb:

“Biz onların cəsarətini - insanların qeyri-mümkün hesab olunanı etməyə hazır olduqlarını lazımınca qiymətləndirmədik. Biz xroniki olaraq onların rus işğalçısına qarşı saf qəzəbini - Putinin qoşunlarını ölkələrinin hər yerindən qovmaq üçün ukraynalıların qəlblərindəki dərin susuzluğu lazımınca dəyərləndirmədik. Tanrı xatirinə, nəhayət, təxirə salmağı dayandıra, mənasız Putinofobiyanı bir kənara qoya və ukraynalılara işlərini görmək üçün lazım olan vasitələri verə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər