17 Avqust 18:34
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Ukraynaya hərbi yardımı məhdudlaşdırmalı olacaq, çünki bu məqsədlər üçün ölkənin büdcəsində yeni pul yoxdur.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Kristian Lindner avqustun 5-də məktubunda müdafiə naziri Boris Pistoriusa məlumat verib.

Səbəb kimi kansler və Almaniya Maliyyə Nazirliyinin həyata keçirdiyi qənaət tədbirləri göstərilib. Artıq təsdiq edilmiş dəstək təmin ediləcək, lakin Müdafiə Nazirliyindən əlavə sorğular kansler Olaf Şolzun tələbi ilə təsdiqlənməyəcək .

Eyni zamanda, Kristian Lindner iddia edir ki, Ukraynaya dəstəyin kəskin azalması olmayacaq, çünki ona dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlir hesabına kömək ediləcək.


Müəllif: Arzu

Oxşar xəbərlər