18 Avqust 19:35
348
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin oktyabr ayından İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində 25 fələstinli həlak olub, 72 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi "Telegram" kanalında bildirib.

Nazirlik bildirib ki, İsrailin Qəzzada bu günə qədər keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 40 099 nəfər təşkil edib, 92 609 fələstinli isə yaralanıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər