18 Avqust 20:36
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Afrikada 7,3 milyondan çox insan silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində qaçqın vəziyyətinə düşüb.

Teleqraf.com xəbər verir ki, bunu Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Komissiyasının sədr müavini Damtien Çinçibija deyib.

Onun sözlərinə görə, hazırda ECOWAS ölkələrində münaqişələr, zorakılıqlar və təbii fəlakətlər səbəbindən 7 milyon 337 min insan məcburi köçkün vəziyyətindədir.

ECOWAS-ın sədr müavininin sözlərinə görə, assosiasiya ölkələrində mövcud vəziyyət davam edən hərbi münaqişələr səbəbindən humanitar problemlərin kəskinləşməsi ilə xarakterizə olunur. Bütün bunlar, xüsusən Sahel və Çad gölü hövzəsində kütləvi köçə səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər