Rusiya hərbçiləri Donetsk Xalq Respublikasının (DXR) Nyu-York kəndini tam nəzarətə götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə Komissiyasının sədri Vladimir Roqov yerli mətbuata müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Nelepovka kəndi istiqamətində geri çəkilməsi barədə əməliyyat məlumatı daxil olub .
“Ordumuz düşməni darmadağın edib. İndi təmizlik işləri aparılır. Nyu-York kəndi üzərində Rusiya bayrağı qaldırılıb”, - Roqov əlavə edib.