“Nyu-York Tayms” ABŞ Prezidenti Co Baydenin martda təsdiqlənmiş məxfi sənəddə Çin təhdidinə qarşı gizli nüvə strategiyasını təsdiqlədiyini iddia edir.
Teleqraf.com xəbər verir ki, nəşr Baydenin ABŞ-ın çəkindirmə strategiyasını ilk dəfə olaraq Çinin nüvə texnologiyaları və silahlarının sürətlə genişlənməsinə qarşı yenidən təşkil etdiyini, orduya Rusiya, Şimali Koreya və Çinlə mümkün nüvə qarşıdurmasına hazırlaşmağı tapşırdığını yazır.
“Nüvə Yerləşdirmə Bələdçisi” adlı strategiyada Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə toqquşmasına qarşı hazırlıq planlarının olduğunu bildirilir.
Məqalədə qeyd olunur ki, hər 4 ildən bir yenilənən sənəd tam məxfi olduğu üçün elektron nüsxəsi yoxdur və çap nüsxələrindən yalnız bir neçə milli təhlükəsizlik rəsmisi və Pentaqonun yüksək rütbəli komandirlərinə verilib.
ABŞ Təhlükəsizlik Şurasının Silahlara Nəzarət və Kütləvi Qırğın Silahlarına qarşı Mübarizə İdarəsinin baş direktoru Pranay Vaddi iyunda bu sənədə istinad edib. Vaddi çıxışında Rusiya, Çin və Şimali Koreyanı eyni anda çəkindirmək zərurətindən danışıb.