İsveç kralı XVI Karl Qustavın qızı , vəliəhd şahzadə Viktoriya ordu sıralarına qatılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveç kral ailəsi açıqlama yayıb.
Açıqlamaya görə, taxt-tacın 47 yaşlı varisi avqustun 19-da zabitlər üçün xüsusi hazırlıq kursuna başlayıb. Şahzadə Viktoriya “hərbi elm, taktika və strategiyanı daha dərindən anlamaq” üçün təlim keçib.
“Bu təlim vəliəhd şahzadənin dövlət başçısı kimi gələcək missiyasına hazırlıq məqsədi daşıyır”, - açıqlamada deyilir.