Türkiyə Silahlı Qüvvələrinin aramsız davam etdirdiyi əməliyyatlarla küncə sıxışdırılan PKK terror təşkilatından diqqətçəkən açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, PKK liderlərindən biri Sərdar Yektaş “Al-Monitor”a təşkilatın PUA-larla dəstəklənən əməliyyatlar qarşısında çarəsizliklərini etiraf edib.
“2015-ci ildən böyük itkilər verməyə başlamışıq, bunu gizlətmirik. Bu səbəbdən Türkiyənin cənub-şərqindəki strukturlarımızı yeni strategiyalar hazırlamaq və müqavimət üçün geri çəkdik. Çünki orada tunelimiz yoxdur. Burada (İraq) PUA-lara görə tunellərə sığınmışıq”, - terrorçu vurğulayıb.