Ağ Ev rəhbəri Co Bayden Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Teleqraf.com xarici mətbuata istiandən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Amerika lideri Zelenskini 24 avqust - Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib. Söhbət zamanı o, Amerikanın “Ukrayna xalqına sarsılmaz dəstəyini” ifadə edib.
Danışıq zamanı Bayden Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlər göndərəcəyinə söz verib. Bundan başqa, hərbi yardım siyahısına pilotsuz uçuş aparatları və döyüş sursatları da daxil edilib. ABŞ prezidenti Zelenskini Ukrayna xalqının sarsılmaz dəstəyinə bir daha əmin edib.
Amerika prezidenti həmçinin Zelenskiyə cümə günü elan edilən, 400-ə yaxın fiziki və hüquqi şəxsə təsir edən Rusiya əleyhinə sanksiyalar barədə məlumat verib.