Fransaya gələrkən saxlanılan Telegram-ın yaradıcısı Pavel Durovun işini araşdıran Paris prokurorluğu rəsmi açıqlama verəcək.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Məlumata görə, "Teleqram"ın yaradıcısının saxlanılması barədə 26 avqustda rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, avqustun 24-də Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları Bakıdan Parisə şəxsi təyyarə ilə gələn Pavel Durovu saxlayıb.