26 Avqust 10:22
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kursk əməliyyatı başlamazdan əvvəl Ukrayna ABŞ və Böyük Britaniyadan Rusiyanın bu bölgəsi ilə bağlı peyk şəkilləri və digər məlumatlar alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” ABŞ rəsmiləri və Britaniya mənbələrinə istinadla yazır.

Nəşrin həmsöhbətləri iddia edirlər ki, məlumatlar Rusiya ərazisinin dərinliyinə hücum üçün ötürülməyib.

Amerika rəsmilərinin sözlərinə görə, peyk şəkilləri və digər məlumatlar ona görə verilib ki, Ukrayna hərbi komandanlığı təhlükə yarada biləcək Rusiya qüvvələrinin gücləndirilməsinə daha yaxşı nəzarət edə bilsin.

NYT-ın mənbələrinin fikrincə, Ukraynanın Rusiya ilə sərhəddə daha çox ərazilərə nəzarət etmək cəhdləri təchizat xətlərinin itirilməsi və müdafiə qabiliyyətinin zəifləməsi riskinə səbəb ola bilər. Bundan əlavə, qoşunların Kursk vilayətində cəmləşməsi şərq cəbhəsində zəifliklər yaradır. Xüsusilə də ruslarla şiddətli döyüşlərin davam etdiyi Donbasdakı mövcud durum təhlükəli risklər yaradır.

Britaniyalı analitik Ceyms Rands hesab edir ki, cəbhə xəttinin genişləndirilməsi ciddi resurslar tələb edir. Bu, cəbhənin digər yerlərində qüvvələri tükəndirə və ya ehtiyatları azalda bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər