26 Avqust 13:08
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və “Hizbullah” terror təşkilatının artan hədələri fonunda İsrailin şimal və cənub sərhədlərinə mümkün hücumlara cavab məqsədilə təlimlər keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times of İsrael” ordu və polisə istinadla məlumat yayıb.

İsrail təhlükəsizlik qüvvələrinin təlimləri əsasən Qalileya və Eylat şəhərlərində keçirilir.

Təlimlərdə düşmənləri imitasiya edən qüvvələr də iştirak edir.

Məşqlər “Hizbullah”ın İsrailin şimalını raket və PUA-larla hədəfə almasından sonra başlayıb. Nəşr terror qruplaşmasının bu addımlarının hərbi komandiri Fuad Şükrünün öldürülməsinin qisasını almaq üçün əlavə tədbirlər həyata keçirə biləcəyinə işarə olduğunu yazır.

Qırmızı dəniz sahilində yerləşən Eylat Yəməndə İranın dəstəklədiyi husi qruplaşması və İraqdakı proksi qüvvələri tərəfindən buraxılan partlayıcı PUA-lar tərəfindən bir neçə dəfə hədəfə alınıb.

İran HƏMAS lideri İsmayıl Haniyənin ötən ay Tehranda öldürülməsinə cavab verəcəyini vəd edib. Tehran buna görə İsraili günahlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər