26 Avqust 13:53
2 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya və ABŞ-ın “Azadlıq Qalxanı” təlimi çərçivəsində real sursatlardan istifadə etməklə üç günlük hava təliminə başladığı bildirilib.

Teleqraf.com xəbər verir ki, Cənubi Koreya Hərbi Hava Qüvvələri birgə hava təlimində F-35 və F-15-lər də daxil olmaqla, təxminən 60 hərbi təyyarənin iştirakını təsdiqləyib.

Təlimlərin Şimali Koreyanın eyni vaxtda quru və hava təxribatlarına hazırlıq məqsədilə keçirildiyi deyilir.

Cənubi Koreya və ABŞ Şimali Koreyanın artan hərbi təhdidlərinə qarşı birgə müdafiə hazırlıqlarını gücləndirmək üçün avqustun 19-da “Azadlıq Qalxanı” təliminə başlayıb. İki ölkə arasında 11 günlük təlim avqustun 29-da başa çatacaq.

Cənubi Koreya Baş Qərargahının açıqlamasında təlimin Pxenyanın nüvə silahlarına qarşı müdafiə bacarıqlarını gücləndirmək məqsədi daşıdığı qeyd edilib.

Şimali Koreya Xarici İşlər Nazirliyi birgə manevrləri “təcavüzkar və təxribat xarakterli müharibə təlimi” adlandırıb. Pxenyan ABŞ və müttəfiqlərinin hər il 200-dən çox birgə təlim keçirdiyinə diqqət çəkərək, bunların getdikcə daha təhdidedici hala gəldiyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər