Aparıcı Xoşqədəm Hidayətqızı İtaliyada istirahətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı İnstaqramda ailəsiylə istirahət fotolarını paylaşaraq bu sözləri yazıb: "Anı yaşayın, gerisi xatirədir. Bu il yalnız üç gün istirahətim oldu, amma üç aya bərabər tətil idi. Çünki sevdiklərimləydim".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı müğənni Doğuşla evlidir. Cütlüyün Arın və Arda adlı əkiz övladları var.