26 Avqust 17:31
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Hindistan Baş naziri Narendra Modini 15-16 oktyabr tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçılarının Görüşündə iştirak etmək üçün İslamabada səfərə dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Express Tribune” məlumat yayıb.

Nəşr yazır ki, Pakistan Hindistan liderini son səkkiz ildə ilk dəfədir bu ölkəyə rəsmi səfərə dəvət edir. Modi sonuncu dəfə 2016-cı ildə Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (SAARC) sammitində iştirak etmək üçün Pakistana dəvət olunsa da, Hindistan sonradan bu tədbiri boykot etmişdi.

Nəşrin fikrincə, İslamabad və Dehli arasındakı münasibətlərin hazırkı vəziyyətini nəzərə alaraq, Hindistan baş naziri ŞƏT-in qarşıdan gələn iclasında iştirakını virtual formatla məhdudlaşa bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər