26 Avqust 19:12
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova prezidenti koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, Moldova Prezidenti Maya Sandu koronavirusa (COVID-19) yoluxduğunu bildirib.

"Təəssüf ki, bu gün və sabah keçiriləcək tədbirlərdə (Moldovanın Müstəqillik Gününə həsr olunmuş) iştirak edə bilməyəcəyəm. Məndə başqa əlamətlər yoxdur, amma özümü həmişəkindən daha çox yorğun hiss edirəm", - deyə Sandu sosial şəbəkə hesablarında videomüraciətində bildirib.

O, bir neçə gün təcriddə qalacağını bildirib.

Moldovada son iki həftədə COVID-19-a yoluxma hallarının sayı kəskin artıb. Avqustun 12-dən 18-dək artım 60%-i ötüb. Milli Səhiyyə Agentliyinin Mətbuat Xidməti xəbər verir ki, son bir həftə ərzində respublikada bu virusa 2 213 yoluxma halı qeydə alınıb. Təcili Tibbi Yardım İnstitutu vətəndaşlara ictimai yerlərdə qoruyucu maskalardan istifadə etməyi tövsiyə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər