26 Avqust 23:04
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel avqustun 27-29-da Körfəz regionuna səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat xidməti məlumat yayıb.

"Prezident Mişel 2024-cü il oktyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) arasında ilk dəfə keçiriləcək Zirvə görüşü ilə bağlı məsləhətləşmələr aparacaq. Yaxın Şərqdəki vəziyyət, Rusiyanın Ukraynaya qarşı müharibəsi və ikitərəfli əməkdaşlığın bütün müvafiq aspektləri müzakirə olunacaq", məlumatda qeyd olunub.

Bildirilib ki, Aİ Şurasının prezidenti Dohaya səfəri zamanı Körfəz Əməkdaşlıq Şurasının hazırkı sədrliyi vəzifəsində Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.

Ər-Riyadda isə o, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl-Səud ilə görüşəcək.
Prezident Ər-Riyadda olarkən Körfəz Əməkdaşlıq Şurasının baş katibi Yasem Al Budaivi ilə də görüşü planlaşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər