Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Baydenlə Ukrayna və Banqladeşdəki vəziyyəti müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Modi "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Baş nazir bildirib ki, o, Baydenlə müxtəlif regional və qlobal problemlər, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb.
Modi vurğulayıb ki, söhbət zamanı Hindistanın sülh və sabitliyin tezliklə bərpasına tam dəstəyini bir daha təsdiqləyib.