27 Avqust 00:05
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Xan Yunisdəki "Naser" xəstəxanasına, eləcə də jurnalistlərin yerləşdiyi çadıra hücum edib. Nəticədə çoxlu sayda köçkün həlak olub və yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli kanallarda məlumat yayılıb.

Məlumata görə, qurbanlar arasında jurnalistlər də var. Türkiyənin TRT telekanalının operatoru peşə borcunu yerinə yetirərkən gözündən qəlpələrlə yaralanıb. TRT-nin kamera köməkçisi və bir neçə digər mətbuat mənsubunun da yaralandığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər