28 Avqust 13:47
4 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya verilən F-16 döyüş təyyarələri hava döyüşlərində ilk qələbələrini qazanıb. Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, avqustun 26-da Rusiyanın genişmiqyaslı hücumu zamanı F-16-lar qanadlı raketləri zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” yazır.

Nəşr ABŞ istehsalı qırıcıların ən müasir radar sistemləri və sursatlarla təmin edildiyini bildirib.

“F-16-ların hava hücumundan müdafiəyə qoşulması tamamilə məntiqlidir. Çünki Ukrayna daim hava hücumu altındadır və silahlı qüvvələr gündəlik reydləri dəf etmək üçün bütün silahları səfərbər edir”, - məqalədə deyilir.

“Forbes” hesab edir ki, 1980-ci illərin modernləşdirilmiş döyüş təyyarələri bu rol üçün kifayət qədər yaxşı təchiz olunub: “Ukrayna Hərbi Hava Qüvvələri üçün F-16-ları tam döyüş hazırlığında saxlamaq çətin olmayacaq”.

Eyni zamanda təhlildə vurğulanır ki, F-16-lardan istifadə genişlənəcək:

“Ukrayna F-16-ların ilk partiyasını indiyədək cavab verə bilmədiyi Rusiyanın qanadlı raketlərinə qarşı yönəldib. Qırıcılar gəldikcə və Ukrayna Hərbi Hava Qüvvələrinin missiyaları genişləndikcə, F-16-lar digər hədəfləri də vura bilər. Məsələn, Rusiya Hərbi Hava Qüvvələrinin qırıcıları və zenit batareyalarını”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər