ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris rəqibi Donald Trampla qarşıdan gələn televiziya debatı ilə bağlı yeni şərtini açıqlayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kamala Harris X sosial şəbəkəsində paylaşım edib.
“Biz ABŞ prezidentliyinə namizədik. Gəlin açıq müzakirə edək, mikrofonlar həmişə açıq olsun” - Harris deyib.