Amerikalı milyarder İlon Mask ABŞ Demokrat Partiyasının namizədi Kamala Harrisi rəqibi Donald Tramp haqqında söylədiyi sözlərə görə yalan danışmaqda ittiham edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.
Belə ki, İlon Mask Harris Trampın yenidən seçiləcəyi təqdirdə vəzifəyə gəldiyi ilk gündən “diktator olacaq" sözlərinə cavab verib.