Küveytin ərazi sularında İrana məxsus yük gəmisinin batması nəticəsində 6 nəfər heyət üzvü həlak olub.
Teleqraf.com barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, sentyabrın 1-də gəminin kapitanı sahil mühafizəsi ilə əlaqə saxlayaraq əlverişsiz hava şəraiti səbəbindən gəminin batmaq təhlükəsi ilə üzləşdiyini bildirib.
Aparılan axtarışlar zamanı hadisənin baş verdiyi ərazidən üç nəfərin meyiti çıxarılıb.