4 Sentyabr 12:13
5 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri üçün cəbhədə vəziyyət sürətlə pisləşir, buna görə də Kiyev Qərb tərəfindən Rusiya ərazisinə zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün əlləşir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Kiyev rejimi və onun qərbli kuratorları bizi bədnam strateji məğlubiyyətə çatdırmaq üçün hiddətlənməkdə davam edirlər. Cəbhədə Ukrayna Silahlı Qüvvələrinin vəziyyətinin durmadan pisləşdiyi bir şəraitdə Kiyev rejimi təbliğaya başlayıb ki, yeni bir plan hazırlayıblar. Qərbə yalvarırlar ki, ölkəmizin ərazisinə uzaqmənzilli silahlarla hücumlara qoyulan məhdudiyyətləri qaldırsınlar”, - Rusiya rəsmisi bildirib.

Zaxarova qeyd edib ki, bu, Ukrayna üçün gözlədiyi kimi qələbə yox, fəlakət planı olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər