Fələstindəki HƏMAS hərəkatı videomüraciət yayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki,hərəkat video müraciətdə İsrail vətəndaşlarına səslənib.
"Qərar sizindir... Hücumlar dayansa, əsirlər sağ-salamat qayıdacaqlar" - videomüraciətdə deyilib.
Həmçinin video bəyanatda Qəzza zolağına qarşı hücumların davam etməsi halında israilli məhbusların diri qayıtmayacaqları vurğulanıb.
“Netanyahunun hakimiyyətdə qaldığı hər gün yeni bir tabut mənasına gələ bilər. Hücum davam edərsə, onların taleyi naməlum qalacaq”.