Litva Rusiya ilə sərhəddə yerləşən Panyamun şəhərində “əjdaha dişləri” müdafiə istehkamları yerləşdirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu respublikanın Müdafiə Nazirliyinin rəhbəri Laurinas Kasciunas deyib.
O bildirib ki, istehkamlar “Rusiya Federasiyasının mülkiyyəti olan” Luiza körpüsünün (Litva şəhərini Rusiya Sovetskisi ilə birləşdirən) qarşısında yerləşdirilib. Quraşdırılmış maneələr Rusiyanın “təcavüzünü” dayandırmağa kömək edə bilər.
Müdafiə naziri Kasciunas çıxışı zamanı qeyd edib ki, “nə baş verməsindən asılı olmayaraq hər şeyə hazır olmaq vacibdir”.